Azərbaycanda Rəqabət Məcəlləsi ilə yanaşı rəqabətin inkişafı və inhisarçı fəaliyyətin qarşısının alınması üçün 2024-2026-cı illər üzrə Milli Fəaliyyət Planı hazırlanıb.
Fins.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyl Bakıda keçirilən I Milli Rəqabət Forumunda bildirib.
M.Abbasbəyli qeyd edib ki, sənəd hökumətdə razılaşdırma mərhələsindədir və plan təsdiqləndikdən sonra rəqabətlə bağlı qanunvericiliyinin mənimsənilməsi, bu məsələnin mədəniyyət formasına keçməsi üçün vacib alətə çevriləcək:
“Milli Fəaliyyət Planının tətbiq edəcəyi mexanizmlər çoxdur. Bu planda nəinki rəqabət orqanının, bütün dövlət qurumlarının üzərinə rəqabətin təşviqi və inhisarçılığın qarşısının alınması üzrə konkret vaxtlar üzrə öhdəliklər qoyulacaq".
Fuad Mədətov
Fins.az