BİZNES

09 İyul

SOCAR Küveyt şirkətləri ilə əlaqələrinin genişləndirilməsi perspektivlərini müzakirə edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Küveyt şirkətləri ilə əlaqələrinin genişləndirilməsi perspektivlərini nəzərdən keçirib.

Fins.az xəbər verir ki, bu barədə SOCAR-ın "X" sosial şəbəkəsindəki hesabında yazılıb.

Məlumata görə, SOCAR-ın prezidenti Rövşən Nəcəf Küveytin Azərbaycandakı səfiri Abdullah Mohamed Abdullah Almauidi ilə görüşüb. Görüşdə energetika sektoruna dair əməkdaşlıq imkanları müzakirə edilib.