Bu material “Ekoloji, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin tətbiqinin stimullaşdırılması və təşviqi üzrə 2024-cü il üzrə Yol Xəritəsi”nin 8-ci bəndi üzrə maraqlı tərəflərin məlumatlandırılması məqsədilə hazırlanıb.
Fins.az materialı olduğu kimi təqdim edir.
ESG - ekoloji (ətraf mühitə potensial və mövcud təsirlər), sosial (cəmiyyət, işçilər və ümumi sosial mühitə yanaşmalar) və idarəetmə (şirkət əməliyyatlarını tənzimləyən daxili struktur və proseslərin idarə olunması) olmaqla 3 əsas istiqaməti əhatə edir.
Dayanıqlılıq hesabatları standartları
2022-ci ildə dayanıqlılıq sahəsində hesabatların açıqlanması dünyanın ən iri 250 şirkəti arasında 96% təşkil edib. 20 il əvvəl isə belə şirkətlər yalnız 35% təşkil edirdi. Dayanıqlılıq hesabatları sahəsində yeni çağırışlar və maraqlı tərəflərin gözləntilərindən irəli gələn sürətli və əhəmiyyətli dəyişikliklər baş verir. Bu dəyişikliklər IFRS və ESRS kimi yeni standartların və sistemlərin yaranmasına gətirib çıxarır.
IFRS standartları: 2023-cü ildə Beynəlxalq Dayanıqlılıq Standartları Şurası (ISSB) IFRS Dayanıqlılıq məlumatlarının Açıqlanması Standartlarını dərc edib.
• IFRS S1 - dayanıqlılıqla bağlı açıqlamaların əhatə dairəsi, əhəmiyyətliliyi, hesabat sərhədləri, təqdimatı və yoxlanılması kimi maliyyə məlumatlarının açıqlanması üçün ümumi tələbləri müəyyən edir.
• IFRS S2 - istifadə ediləcək mənbələr, hədəflər və ssenarilər kimi iqlimlə bağlı açıqlamalar üzrə xüsusi təlimatlar təqdim edir.
ESRS standartları dayanıqlılıqla bağlı məlumatları ardıcıl və müqayisə edilə bilən şəkildə açıqlamaq üçün Avropa Dayanıqlılıq Hesabatları Standartlarıdır. Bu standarlar 2024-cü ildən etibarən Korporativ Dayanıqlılıq Hesabatları Direktivinin (CSRD) əhatəsinə aid olan bütün şirkətlərə tətbiq ediləcək. Standartlar iqlim dəyişikliyi, biomüxtəliflik, insan hüquqları, mükafatlandırma və korrupsiya ilə mübarizə kimi ətraf mühit, sosial və idarəetmə mövzularını əhatə edir.
Azərbaycanda ESG üzrə ikişaf perspektivləri
Paris Sazişi iqlim dəyişikliyinin tənzimlənməsi ilə bağlı qəbul olunmuş beynəlxalq razılaşmadır. Azərbaycan Paris Sazişini 2016-cı ildə imzalayıb və 2017-ci ildə sazişin müddəaları qüvvəyə minib.
Məqsədlər:
• Qlobal ortalama temperatur artımının sənayeləşmə dövrünə qədərki səviyyədən 2°C-dən xeyli aşağı saxlanılması və temperatur artımının 1.5°C-dək məhdudlaşdırılması
• İqlim dəyişmələrinin mənfi təsirlərinə uyğunlaşma qabiliyyətinin artırılması, iqlim dəyişmələrinə qarşı dayanıqlılıq və istixana effektli qaz tullantılarının azaldılması üzrə tədbirlər
• Maliyyə axınlarının istixana effektli qaz tullantılarının azaldılmasına və iqlim dəyişmələrinə qarşı davamlı inkişafa yönəldilməsi
Öhdəliklər:
• İnkişaf etməkdə olan ölkələrin aşağı karbonlu iqtisadiyyata keçidinin inkişaf etmiş ölkələr tərəfindən texnoloji dəyişim və illik 100 milyard dollarlıq iqlim sərmayəsi yolu ilə dəstəklənməsi
• COP26 çərçivəsində tərəflər həssas qrup kateqoriyalarına iqlim dəyişikliyinin təsirlərinə davamlılığı artırmaqda kömək etmək üçün Uyğunlaşma Fonduna və Ən Az İnkişaf etmiş Ölkələr Fonduna yeni maliyyə öhdəlikləri elan ediblər.
Azərbaycan “SDG Index 2023” Qlobal Reytinqində 73,5 xalla 53-cü yerdədir.
Azərbaycan şirkətlərinin üzləşdiyi risklər
ESG riskləri |
|||||
Ekoloji |
İqlim dəyişikliyi |
Enerji səmərəliliyi |
Su qıtlığı |
Biomüxtəlifliyin itirilməsi |
|
Sosial |
İnsan hüquqları |
Kadrların yetişdirilməsi |
Sağlamlıq və təhlükəsizlik |
Dayanıqlı iqtisadi inkişaf |
|
İdarəetmə |
Komplayns |
Korrupsiya |
Şəffaflıq |
ESG risklərin idarə olunması |
|
Fiziki iqlim riskləri |
|||||
Artan buxarlanma və sahil eroziyası |
Quraqlıq və daşqın |
Havanın kəskin qızması |
Yoxsulluq və bərabərsizlik |
Qidalanma |
Azərbaycanın ESG üzrə prioritetləri
• Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər
• Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası
• Azərbaycan Respublikasının Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi 2023-2026
• ESG prinsiplərinin tətbiqinin stimullaşdırılması və təşviqi üzrə 2023-cü il üçün Yol Xəritəsi
Karbon qiymətləndirmə sistemi və karbon vergisi
Emissiyaların Ticarət Sistemi qlobal ÜDM-in 55%-dən çoxunu və qlobal istixana qazı emissiyalarının 17%-dən çoxunu yaradan ölkələrdə mövcuddur. Azərbaycan emissiyaya nəzarət vasitələrinin işlənib hazırlanmasını ölkənin əsas prioritet sahələrinə daxil etməsə də, bu iki əsas üstünlük yarada bilər. Bunlar Azərbaycandan xarici ölkələrə ixrac xərclərinin azaldılması və iqlim dəyişikliyi ilə bağlı beynəlxalq hədəflərin və prinsiplərinin daha çevik və effektiv inteqrasiyasıdır.
Qeyd: Azərbaycanda ESG-nin geniş təşviqi, bu istiqamətdə dövlət və özəl sektorun səylərinin birləşdirilməsi və konseptual baxışın formalaşdırılaraq həyata keçirilməsinin təmin edilməsi məqsədilə 30 sentyabr 2022-ci il tarixində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun “Ekoloji, sosial və korporativ idarəetmə standartları” üzrə altqrupu yaradılıb. Altqrupa Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) rəhbərlik edir. Altqrupun tərkibinə dövlət, özəl və ictimai sektoru təmsil edən 20-yə yaxın qurum və təşkilatın nümayəndələri daxildir.
Fidan Sadıxlı
EY Azərbaycan şirkətinin İqlim dəyişikliyi və dayanıqlı inkişaf üzrə xidmətlər bölməsinin meneceri