BİZNES

02 İyul

Türkiyənin 2024-cü ilin may ayında ixrac və idxal rəqəmləri

Türkiyənin 2024-cü ilin may ayında ixracatı əvvəlki ilin eyni ayına görə 11,3 faiz artaraq 24 milyard 66 milyon, idxalı isə yüzdə 10,4 azalaraq 30 milyard 568 milyon dollar olub.

Fins.az xəbər verir ki, Türkiyə Statistika İdarəsi və Türkiyə Ticarət Nazirliyi tərəfindən birgə hazırladıqları may ayı xarici ticarət məlumatı açıqlanıb. Xarici ticarət kəsiri may ayında bir əvvəlki ilin eyni ayına görə 48 faiz azalaraq 6 milyard 502 milyon dollar olub.

İxrac-idxalın əhatə dairəsi 2023-cü ilin may ayındakı 63,4 səviyyəsindən iyunda ay 78,7 faizə yüksəlib. Bu müddət ərzində Almaniya 1 milyard 902 milyon dollarlıq ixracatla ölkələr arasında birinci olub. Ondan sonra 1 milyard 521 milyon dollarla Böyük Britaniya, 1 milyard 475 milyon dollarla Amerika Birləşmiş Ştatları, 1 milyard 148 milyon dollarla İraq və 1 milyard 124 milyon dollarla İtaliya gəlir. Bununla ümumi ixracatın 29,8 faizi ilk 5 ölkəyə edilib.

İdxalda isə Çin may ayında birinci yeri tutub. Bu ölkədən idxalın məbləği 3 milyard 862 milyon dollar olaraq hesablanıb. Sonra 3 milyard 780 milyon dollarla Rusiya, 2 milyard 282 milyon dollarla Almaniya, 1 milyard 879 milyon dollarla İtaliya və 1 milyard 456 milyon dollarla ABŞ-dır. Beləliklə, ümumi idxalın 43,4 faizi ilk 5 ölkədən gəlib.