Bu il Azərbaycanın COP29 kimi nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi etməsi və 2024-cü ilin Prezident İlham Əliyev tərəfindən “Yaşıl Dünya naminə həmrəylik ili” elan edilməsi yaşıl iqtisadiyyata transformasiya sahəsində təşəbbüslərin daha da artırılması üçün fürsətlər yaradır.
Fins.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov “5-ci yerli sahibkarların tanıtım sərgisi”ndə çıxış edərkən deyib.
Onun sözlərinə görə, bu, həm ölkəmizin imicinin artırılması, həm də sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi və biznes proseslərinin müasir dövrün tələblərinə uyğunlaşdırılması baxımından əhəmiyyətlidir. Yaşıl və resurs-səmərəli texnologiyaların və davranışların tətbiqi bizneslərin xərclərinin azalmasına, rəqabət qabiliyyətinin artırılmasına və məhsuldarlığının yüksəldilməsinə imkan yaradır: “Hazırda təşkil olunan sərgi də müvafiq sahədə mütərəqqi təcrübələri nümayiş etdirmək və bizneslərin şəbəkələşməsi ilə onlar arasında təcrübə mübadiləsini təşviq etmək üçün mühüm platforma təmin edir”.