Rusiya, Azərbaycan və İranın nümayəndələri Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində yükdaşımalar üzrə işçi qrupun yaradılması barədə razılığa gəliblər və Azərbaycan-Rusiya və Azərbaycan-İran sərhədlərində sərhəd və gömrük terminallarına baxış keçiriblər.
Fins.az xəbər verir ki, bu barədə Rusiyanın İrandakı ticarət nümayəndəliyində Rusiya nümayəndə heyətinin tərkibində işçi qrupunun yaradılmasına həsr olunmuş ekspertlərin iclasında iştirak edən Dağıstan hökumətinin nümayəndəsi Andrey Tanayev məlumat verib.
"Biz Dərbənddə Rusiya, Azərbaycan və İran nümayəndə heyətləri arasında ekspertlər səviyyəsində üçtərəfli görüş keçirdik və "İran Astarası", "Azərbaycan Astarası", "Azərbaycanın Cənubi Astarası", "Taqirkent-Kazmalyar", "Yarağ-Kazmalyar" məntəqələrinin daxil olduğu gömrük və sərhəd məntəqələrinə baxış keçirdik", - agentliyin həmsöhbəti bildirib.
"Biz Azərbaycan tərəfi ilə ikitərəfli razılığa gəldik", - deyə Tanayev bildirib.
O, yükdaşıma məsələlərinin həlli üzrə üçtərəfli ekspert qrupunun iclasının demək olar ki, on ildə ilk dəfə keçirildiyini vurğulayıb.
© oxu.az