BİZNES

12 İyun

SKSP-nin rezidenti ixrac həcmini artıracaq

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının (SKSP) rezidenti “Glassica” Qapalı Səhmdar Cəmiyyəti (QSC) bu ilin sonuna kimi ixrac həcmini 2 dəfəyə kimi artıracaq.
Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına müxtəlif çeşidli rəngli şüşə tara məhsullarının (butulka) istehsalı ilə məşğul olan “Glassica” QSC-dən bldiriblər.

Qeyd edilib ki, hazırda istehsal edilən məhsulun 6-7 faizi ixraca yönəldilir. Bu il ərzində ixracın həcmi ötən illə müqayisədə 50 faizədək artıb. Şirkətin əsas hədəfi cari ilin sonuna kimi istehsal edəcəyi məhsulun 10-15 faizini ixraca yönəltməkdir.

Hazırda “Glassica” məhsullarının əsas idxalçıları Gürcüstan, Moldova və Rumıniyadır. “Glassica” ixracın həcmini Gürcüstanın hesabına artırmağı planlaşdırır.