Şərqi Zəngəzur iqtisadi rayonunda yer təkindən istifadə məqsədilə ilk hərrac keçirilir.
Fins.az xəbər verir ki, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin təşəbbüsü ilə Zəngilan rayonunun Ağalı kəndində keçirilən hərracda aidiyyəti qurumların rəsmiləri, investor şirkətlər və media mənsubları iştirak edirlər. Hərrac işğaldan azad olunan bölgələrdə yer təkindən qanunauyğun və səmərəli istifadəni nəzərdə tutur.
Qubadlı rayonundakı “Hacılı” əhəng daşı yatağı və Laçına məxsus “Əhmədli” mişar daşı yatağı hərraca çıxarılır. Auksionda 4 istismarçı şirkət 10 lot üzrə rəqabət aparır.