BİZNES

10 İyun

Mobil internetdən ən yoxsul təbəqələrin 40 %-nin 47 %-i istifadə edir - BMT rəsmisi

Mobil internetdən hazırda ən yoxsul təbəqələrin 40 %-nin 47 %-i istifadə edir ki, bu da 1,5 milyard nəfər insana bərabərdir.

Fins.az xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident koordinatoru ofisinin rəhbəri Kanako Mabuçi "Azercell Telecom" MMC-nin "Dayanıqlı inkişaf: çağırışlar və həllər" mövzusundakı tədbirində deyib.

Onun sözlərinə görə, 2022-ci ilin sonuna kimi dünya əhalisinin 95 %-i mobil geniş zolaqlı internetə çıxış əldə edib və yalnız 400 milyon insan belə əlaqəsiz qalıb:

“Müqayisə üçün 2015-ci ildə bu cür insanların sayı 1,5 milyard olub. Buna baxmayaraq, qoşulma qabiliyyəti hələ də qeyri-bərabər olaraq qalır. Bu baxımdan mənalı əlaqənin təmin edilməsi üçün biz işimizi şəbəkə infrastrukturunun quraşdırılmasından sonra da dayandırmamalıyıq. Cihazlar daha münasib və əlçatan olmalıdır ki, hər kəs bu imkanlardan istifadə edə bilsin".

K.Mabuçi onu da qeyd edib ki, 2021-ci ilin göstəcilərinə görə dünya əhalisinin üçdə biri hələ də internetdən istifadə etmir.

Fuad Mədətov
Fins.az