BİZNES

08 İyun

Azərbaycan Belarus ağac emalı müəssisələrinin ən mühüm tərəfdaşlarındandır

Azərbaycan Belarus ağac emalı müəssisələrinin daimi və ən mühüm ticarət-iqtisadi tərəfdaşlarından biridir.

Fins.az Belarus mətbuatına istinadən xəbər verir ki, bu barədə “Bellesbumprom” konserninin sədr müavini Gennadi Dikovitski ticarət-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının 14-cü iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, sənaye müəssisələri Azərbaycana tədarükün daim artmasını təmin edir.

“2022-ci il səviyyəsinə nisbətdə 2023-cü ildə ixracın artım tempi 120%-dən çox olub”, - G.Dikovitski qeyd edib.

İxrac olunan məhsullar sırasına taxta məmulatları, faner, qapı, taxta pəncərələr, mebel, kağız, karton və onlardan hazırlanan məmulatlar daxildir. Azərbaycanın işğaldan azad edilmiş əraziləri üçün taxta ev dəstlərinin tədarükü də perspektivli hesab olunur.