BİZNES

08 İyun

Azərbaycan və Rusiyanın alternativ enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək imkanları var

“Azərbaycan və Rusiyanın alternativ enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək imkanları var”.

Fins.az xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirilən Rusiya-Azərbaycan biznes dialoqu zamanı deyib.

Onun sözlərinə görə, artıq bu istiqamətdə Rusiya Federasiyasından olan həmkarlarla birlikdə müəyyən nailiyyətlər əldə olunub. Azərbaycanın bu sahədə çox böyük potensialı var. Belə ki, quruda potensial 140 QVt-a yaxın, dənizdə 157 QVt təşkil edir.

Y.Abdullayev əlavə edib ki, Azərbaycanda nəhəng sahə investorları, xüsusən də “ACWA Power” və “Masdar” fəaliyyət göstərir. Alternativ enerjidən istifadə etməklə ümumi gücü 20 QVt olan elektrik enerjisinin istehsalına dair müqavilələr imzalanıb.

Bu sahədə Rusiya ilə mümkün əməkdaşlıqdan danışkən o qeyd edib ki, bu, təkcə birbaşa investisiyalar deyil, həm də Rusiya şirkətlərinin mövcud layihələrdə iştirakı ola bilər.