BİZNES

07 İyun

ÜDM əvvəlkindən 3 milyard manat çox proqnozlaşdırılıb - Samir Şərifov

2024-cü ildə dünya bazarında neftin bir barelinin qiyməti dövlət büdcəsində nəzərdə tutulandan 27.3 ABŞ dolları çox olub.

Fins.az-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2024-cü ilin dövlət büdcəsinə dəyişikliyin müzakirəsi zaman deyib.

Nazir bildirib ki, dünya neft və qaz bazarında qiymət konyekturası və digər gəlirlər nəzərə alınaraq hökumətin makroiqtisadi proqnozları yenilənib və ÜDM 121.3 milyard manat və ya əvvəlkindən 3 milyard manat çox proqnozlaşdırılıb.

S.Şərifov vurğulayıb ki, yenilənmiş proqnoz cari ilin dövlət büdcəsinə də dəyişikliyi zərurətə çevirib.

Qeyd edək ki, yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində xərclər isə 39707,3 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2944,3 milyon manat və ya 8,0 faiz, 2023-cü ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 3249,4 milyon manat və ya 8,9 faiz çoxdur.

Xatırladaq ki, neftin bir barrelinin orta illik ixrac qiyməti 60,0 ABŞ dollarından 75,0 ABŞ dollarına (ilin ötən dövrü üzrə faktiki satış qiymətləri və ilin qalan dövrü üzrə 70,0 ABŞ dolları fərz edilməklə, öncəki proqnoza nəzərən 15,0 ABŞ dolları çox) yüksəldilib.