BİZNES

05 İyun

İqtisadiyyat Nazirliyində Dünya İqlim Fondunun icraçı direktoru ilə görüş keçirilib

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Dünya İqlim Fondunun icraçı direktoru Yens Nilson ilə görüşüb.

Fins.az xəbər verir ki, görüşdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Azərbaycanda keçirilməsinin ölkəmizin “yaşıl” iqtisadiyyatın inkişafına, qlobal iqlim problemlərinin həllinə verdiyi önəmin göstəricisi olduğu vurğulanıb. COP29 çərçivəsində  beynəlxalq təşkilatlarla əməkdaşlığın diqqət mərkəzində olduğu bildirilib, ölkəmizdə “yaşıl” enerjinin təşviqi və qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılması istiqamətində tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət göstərildiyi qeyd edilib.

Görüşdə COP29-a hazırlıq prosesi üzrə fikir mübadiləsi aparılıb, Dünya İqlim Fondu ilə gələcək tərəfdaşlıq perspektivləri müzakirə olunub.

Fuad Mədətov
Fins.az