Bazar ertəsi verilən məlumata əsasən, “Microsoft” şirkəti İsveçdə süni intellektin inkişafına və 250 min insanın təlim keçməsinə 3.2 milyard dollar investisiya edəcək.
Fins.az xəbər verir ki, “Amerikanın texnologiya nəhəngi “Microsoft” “bulud infrastrukturu və süni intellektə” 34 milyard İsveç kronu (3,2 milyard dollar) məbləğində sərmayə qoyacaq və 250 min insanı bu texnologiyalar üzrə təlimatlandıracaq”, - yayılan məlumatda deyilir.
“Microsoft”-un prezidenti Bred Smitin sözlərinə görə, bu, “Microsoft” üçün tarixi investisiyadır və şirkətin İsveçə ən böyük sərmayə qoyuluşudur. Vəsait Sandviken, Qövle və Stafantorpda mövcud server mərkəzlərinin genişləndirilməsinə sərf olunacaq. Qeyd edilir ki, mərkəzlər 20 min müasir qrafik prosessorlar ilə təchiz ediləcəklər.