BİZNES

29 May

"Berqa” Marketinq Zirvəsinin keçirilməsinə dəstək olub

Son dönəmlər ölkəmizdə müxtəlif sahələrdə forumlar, seminarlar, zirvə görüşləri təşkil  olunur. 

Fins.az xəbər verir ki, bu kimi tədbirlərin keçirilməsinin hər birinin özünəməxsus məqsədi olsa da, ortaq məqsəd insanlar arasında əlaqələrin sıxlaşmağı və genişlənməsidir.

Həmin tədbirlərdən biri də illərdir çaysevərlərin əsas seçimlərindən olan “Berqa” markasının da dəstək verdiyi “Azərbaycan Marketinq Zirvəsi”dir.

400 nəfərdən artıq şəxsin iştirakı ilə keçirilən zirvədə 11 spiker çıxış edərək, marketinq sahəsindəki bilik və təcrübələrini bölüşüb. 

Tədbirdə “Azərsun Holdinq”in Marketinq direktorlarından Dərya Cantutan və “Qarabağ” Fk-nin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev də spiker qismində çıxış ediblər. 

“Berqa” ənənəsinə sadiq qalaraq nəfis dadı ilə qonaqlarda xoş əhval yaradıb.

Qeyd edək ki, “Berqa” çayı insanların əhvalını dəyişdirmək və onlara xoş əhval bəxş etmək üçün mütəmadi olaraq, müxtəlif konsert və əyləncə proqramları təşkil edir. 

Bu layihələr barədə məlumatlı olmaq üçün adıçəkilən çay markasının sosial media hesablarını izləyin:

//www.instagram.com/berqa_tea_/