İnes Roça Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa üzrə Regional Direktoru təyin edilib.
Bu barədə Fins.az-a IFC-dən bildirilib.
"Region üzrə direktor qismində xanım Roça diqqətini Qərb, Mərkəzi və Şərqi Avropa ölkə ofislərində IFC-nin regional qruplarına rəhbərlik etməyə və əsas müştəri, hökumət və maraqlı tərəflərlə əlaqələrin idarə edilməsinə yönəldəcək. O, həmçinin IFC-nin regionda strategiyasının həyata keçirilməsini formalaşdıracaq və istiqamətləndirəcək, Dünya Bankı və MIGA ilə sıx əməkdaşlıq, biznesin inkişafına rəhbərlik və IFC-nin sektorlar üzrə əməliyyatlarına nəzarət edəcək" - IFC-dən əlavə edilib.
Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Dünya Bankı Qrupunun üzvü və inkişafda olan iqtisadiyyatlarda özəl sektorun artımını hədəfləyən ən iri inkişaf təşkilatıdır. Biz 100-dən çox ölkədə işləyir, kapital, təcrübə və təsirimizdən yararlanaraq inkişafda olan ölkələrdə yeni bazarlar və imkanlar yaradırıq. 2023-cü maliyyə ilində inkişafda olan ölkələrdəki özəl şirkətlərə və maliyyə müəssisələrinə 43.7 milyard ABŞ dolları məbləğində rekord həcmdə maliyyə ayıraraq, əlaqəli və bir-birini dərinləşdirən qlobal böhranlar müqabilində IFC özəl sektorun üstünlüklərinə arxalanaraq ifrat yoxsulluğu aradan qaldırmağa və müştərək rifahı artırmağa kömək edir.
Fuad Mədətov
Fins.az