Bu ilin yanvar-aprel aylarında Gürcüstan 126,5 milyon ABŞ dolları dəyərində 45,1 milyon ton şərab ixrac edib.
Fins.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Şərab Agentliyi məlumat yayıb.
Məlumata görə, ixracın 78,6 %-i Rusiyanın payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu ölkəyə ixracın həm dəyəri, həm də həcmi demək olar ki, iki dəfə artıb.
Fuad Mədətov
Fins.az