BİZNES

22 May

Ötən il Azərbaycan və Özbəkistan arasında əmtəə dövriyyəsi 178,8 milyon ABŞ dolları olub

Ötən il Azərbaycan və Özbəkistan arasında əmtəə dövriyyəsi 178,8 milyon ABŞ dolları olub.

Fins.az xəbər verir ki, bu barədə bu gün Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Qubada keçirilən Özbəkistan-Azərbaycan İşgüzar Şurasının 4-cü iclasında deyib.

O, Azərbaycan və Özbəkistanın əmtəə dövriyyəsinin səviyyəsini artırmalı olduğunu qeyd edib:

"Ölkələrimiz arasında əməkdaşlıq sahələrini, xüsusən sənaye istehsalı, bank sektoru və s. sahələri genişləndirməliyik. Bunun üçün böyük imkanlar, o cümlədən müvafiq biznes mühiti mövcuddur".

M.Musayev onu da vurğulayıb ki, Özbəkistanda fəaliyyət göstərən azərbayanlı sahibkarların sayı 200-dür:

"Səylərimizi ölkələrimizdə sahibkarların sayını artırmağa yönəltməliyik və bunun üçün böyük perspektivlərimiz var".

Fuad Mədətov
Fins.az