BİZNES

22 May

Azərbaycan və Özbəkistan birgə kommersiya xarakterli onlayn platforma yaratmağı planlaşdırır - Ləziz Qüdrətov

Azərbaycan və Özbəkistan birgə kommersiya xarakterli onlayn platforma yaratmağı planlaşdırır.

Fins.az xəbər verir ki, bu barədə bu gün Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Qüdrətov Qubada keçirilən II Özbəkistan-Azərbaycan Regionlararası Forumunda deyib.

Nazirin sözlərinə görə, bu, iş adamlarının həm ticari sövdələşmələr aparmaq, həm də birgə investisiya layihələrini başlatmaq nöqteyi-nəzərindən bir-birini asanlıqla tapa biləcəyi kommersiya platforması olacaq:

"Azərbaycan və Özbəkistan onlayn platformanı işə salmaqla iki ölkənin sahibkarlarının düzgün tərəfdaşlar tapmasına və yeni ticari-iqtisadi əməkdaşlıq layihələrini başlatmasına imkan verəcək əlavə vasitə yarada biləcəklər".

Fuad Mədətov
Fins.az