Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Özbəkistanla tekstil sahəsində birgə fəaliyyət planlaşdırılır.
Fins.az xəbər verir ki, bu barədə bu gün iqtisadiyyat naziri Mikayıl Cabbarov Qubada keçirilən II Özbəkistan-Azərbaycan Regionlararası Forumunda deyib.
Nazirin sözlərinə görə, başlanğıc mərhələdə 400-dən çox iş yerinin açılması nəzərdə tutulur:
"İqtisadi əlaqələrimizin digər prioritet sahəsi olan investisiya əməkdaşlığına gəlincə, ötən ilin əvvəlində 500 milyon ABŞ dolları dəyərində nizamnamə kapitalı ilə yaradılmış Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətini qeyd etmək istərdim".
M.Cabbarov qeyd edib ki, ölkələr arasında pambıqçılıq və ipəkçilik kimi ənənəvi sahələrdə mühüm irəliləyişlərin müşahidə olunur və Azərbaycanın İmişli rayonunda birgə pambıq klasterinin yaradılması üçün işlərin görülür.
Fuad Mədətov
Fins.az