Bakı və Daşkənd Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfərinin hazırlanmasına dair "yol xəritəsi" imzalayıb.
Fins.az xəbər verir ki, sənəd bu gün Qubada keçirilən II Azərbaycan-Özbəkistan Regionlararası Biznes Forumunun yekunlarına əsasən imzalanıb.
Sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov imzalayıblar.