BİZNES

21 May

Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın üçüncü sahəsi nəqliyyat sektorudur - Laziz Kudratov

Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın üçüncü sahəsi nəqliyyat sektorudur.

Fins.az xəbər verir ki, bunu Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov bu gün Qubada keçirilən II Azərbaycan-Özbəkistan Regionlararası Forumunda deyib.

L.Kudratov 2023-cü ildə Birgə İnvestisiya Şirkətinin yaradılmasının vacibliyini vurğulayaraq, bunun bütün təşəbbüsləri dəstəkləmək üçün xüsusi alət olduğunu bildirib:

“Birbaşa aviareyslər yaradılıb, biz Azərbaycanın infrastrukturu ilə daşımaları fəal şəkildə artırırıq və bu il bu istiqamətdə 1 milyon tondan çox Özbəkistan yükü daşınacaq. İlin birinci rübündə bu rəqəm 300 min ton təşkil edib. Şirkətlərimizin bu dəhlizdən daha çox istifadə etmələri üçün güzəştlər və üstünlüklər verdiyinə görə Azərbaycan tərəfinə minnətdarıq”.

Fuad Mədətov
Fins.az