BİZNES

21 May

Azərbaycanda 2023-2024-cü illərdə 105 yoxlama şəhadətnaməsi ləğv edilib

Azərbaycanda 2023-2024-cü illərdə 105 yoxlama haqqında şəhadətnamənin ləğv edilməsi ilə bağlı göstəriş verilib.

Fins.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi Elməddin Quliyev "Milli Metrologiya Forum"unda deyib.

Onun sözlərinə görə, xüsusi ilə yanacaqdoldurma məntəqələrindən daxil olan müraciətlərin sayı deməyə əsas verir ki, bir çox hallarda yoxlama haqqında şəhadətnamə qanunvericilik tələblərinin pozulması ilə verilib:

"19 qurum barəsində inzibati məsuliyyət tədbirləri, 2 qurum barədə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib. Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlara nəzarət istiqamətində tədbirlər də davam etdirilir".

Fuad Mədətov
Fins.az