BİZNES

15 May

“Anglo American” “De Beers”-i sata bilər

Transmilli mədənçilik şirkəti “Anglo American” bir sıra vacib struktur dəyişiklikləri planlaşdırır və bir neçə fəaliyyətindən imtina edə bilər, o cümlədən məşhur almaz korporasiyası “De Beers”-in satılması da nəzərdə tutulur. Bu barədə şirkətin press-relizində məlumat verilib.

Fins.az xəbər verir ki, "Bu ilin əvvəlində biz aydın şəkildə strateji prioritetlərimizi müəyyən etdik: əməliyyat mükəmməlliyi, portfelin sadələşdirilməsi və şirkətin böyüməsi. “Anglo American”-ın portfelini bizim resurs bazamıza yönəltmək qərarımız (mis və dəmir filizi)... strateqiyamızın reallaşmasında mühüm mərhəllə kimi yer alır.", - “Anglo American”-ın baş direktoru Dunkan Vanblad bildirib.

Bu məlumatlar Avstraliyanın “BHP” konserninin “Anglo American” ilə birləşmək barədə təkrar təklifləri fonunda ortaya çıxıblar və bununla da, şirkətin fəaliyyəti ilə bağlı planlarının fərqli olması haqqında məlumat verirlər. ““Anglo American” əməliyyat mükəmməlliyi, portfelin sadələşdirilməsi və şirkətin böyüməsi ilə bağlı strateji prioritetlərini sürətləndirmək üçün bir sıra əsas struktur dəyişiklikləri həyata keçirməyi planlaşdırır", - press-relizdə deyilir.

Beləliklə, verilən məlumatlara görə, “Anglo American” həm “De Beers”, həm də “Anglo American” üçün strateji çevikliyi yaxşılaşdırmaq üçün" həm “De Beers”-i, həmdə platin biznesindən imtina etməklə “Anglo American Platinum”-u satmaq niyyətindədir. Həmçinin kömür və nikel istehsal edən “Steelmaking Coal” və “Nickel” bölmələrinin satılması da planlaşdırılır.

Qeyd etmək laımdır ki “Anglo American” Afrika, Avropa, Şimali və Cənubi Amerika, Asiya və Avstraliyada istehsal mədənlərinə malikdir. Şirkət mis, nikel, platin qrupu metalları, almaz, həmçinin dəmir filizi, polad emalı kömürü, manqan və polihalit hasil edir. Şirkət “De Beers”-in 86%-nə sahibdir.