BİZNES

10 May

“Microsoft”un xüsusi süni zəka sistemi hazırlanıb

“Microsoft” superkompüter çərçivəsində ABŞ gizli kəşfiyyat xidmətləri üçün nəzərdə tutulmuş generativ süni zəkanı istifadəyə verib. GPT-4 əsaslı generativ süni zəka sistemi ilk dəfə olaraq internetdən tamamilə təcrid edilib. ChatGPT də daxil olmaqla bu cür süni zəka sistemləri təlimatlandırma prosesi və qanunauyğunluqların təyini üçün əsasən bulud servislər əsasında çalışırlar.
Fins.az xəbər verir ki, süni zəka sistemlərinin hər gün generasiya edilən və həcm baxımından sürətlə böyüyən gizli məlumatların analizində kömək edə biləcəyi istənir. Lakin kəşfiyyat xidmətləri böyük dil modellərinə müraciət ilə məlumatların sızması və ya sındırılması riski arasında müəyyən tarazlığı təmin etməlidirlər. Keçən il ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) sirli olmayan sənədlərlə çalışmaq üçün nəzərdə tutulmuş ChatGPT tərzində xidməti istifadəyə vermişdi. Lakin xüsusi kəşfiyyat agentlikləri bu xidmət vasitəsilə daha konfidensial məlumatları emal edirdilər.
“Hal-hazırda kəşfiyyat məlumatlarına generativ süni zəkanın inteqrasiyası üzrə yarış gedir. Sözügedən mövzuda generativ süni zəkadan istifadə edəcək ilk ölkə bu yarışdan qalib ayrılacaq. Mən isə bu qalibin biz olmasını istəyirəm”, - deyə Mərkəzi Kəşfiyyat İdarəsinin Transmilli və Texnoloji Missiyaları Mərkəzinin direktorunun köməkçisi Sheetal Patel qeyd edib.
Məlumata əsasən ABŞ gizli kəşfiyyat agentlikləri üçün nəzərdə tutulmuş generativ süni zəkanın yaradılması və onun superkompüterə inteqrasiyasına “Microsoft” 18 ay vaxt sərf edib. Məlumatda qeyd edilib ki, şirkət tərəfindən işə salınmış bu generativ süni zəka sistemi statikdir.