BİZNES

10 May

Almaniyanın ABŞ-la ticarəti 63 milyard avro olub

ABŞ bu ilin birinci rübündə Çini üstələyərək Almaniyanın ən mühüm ticarət tərəfdaşı oldu. Məlumata görə, yanvar-mart dövründə Almaniyanın ABŞ-la ticarəti 63 milyard avro olub. Çin üçün bu rəqəm 60 milyard avrodan bir qədər az olub.

Fins.az xəbər verir ki, 2023-cü ildə isə Çin 253 milyard avro həcmi ilə ardıcıl səkkizinci dəfə Almaniyanın ən böyük ticarət tərəfdaşı olmuşdu.

“Commerzbank”ın iqtisadçısı Vincent Stamer birinci rübdəki dəyişikliyi belə izah edib: “Almaniyanın ABŞ-a ixracı bu ölkədəki güclü iqtisadiyyata görə artıb. Çinə ixrac və idxal azalıb. Çin dəyər zəncirində irəlilədi və Almaniyadan idxal etdiyi malları getdikcə özü istehsal etməyə başlayıb. Alman şirkətləri də Almaniyadan Çinə mal ixrac etməkdənsə daha çox yerli tələbat üçün istehsala üstünlük verirlər."

Almaniyanın İqtisadiyyat İnstitutunun əməkdaşı Juergen Matthesin sözlərinə görə, Almaniyanın Çindən mal idxalı birinci rübdə illik 12%ə yaxın azalıb, Çinə mal ixracı isə 1%-dən bir qədər çox azalıb.

 

© ikisahil