BİZNES

08 May

“Airbus” apreldə müştərilərinə 61 təyyarə təhvil verib

“Airbus” şirkəti apreldə müştərilərinə 61 təyyarə, o cümlədən 6 ədəd A350 təhvil verib.

Fins.az xəbər verir ki, ilin əvvəlindən müştərilərə çatdırılmış hava gəmilərinin sayı 203 olub. Şirkət il ərzində 880 mülki təyyarə istehsal etməyi qarşıya məqsəd qoyub.

Son məlumata görə, “Airbus”un 222 təsdiqlənmiş sifarişi var.

 

© azertac