“TikTok”un rəhbərləri ABŞ hökumətini məhkəməyə vermək qərarına gəliblər.
Fins.az xəbər verir ki, buna səbəb, ABŞ-də tətbiqin bloklanması ilə bağlı qəbul edilmiş qanun olub.
“TikTok”un rəhbərliyi açıqlamasında Konqresin ABŞ Konstitusiyasına zidd olan görünməmiş bir addım atdığını qeyd ediblər.
“Heç bir şübhə yoxdur ki, qanunvericilik 19 yanvar 2025-ci ildə “TikTok”u bağlayacaq və platformadan başqa heç bir yerdə mümkün olmayan şəkildə ünsiyyət qurmaq üçün istifadə edən 170 milyon amerikalını susduracaq”, -“TikTok”un bəyanatında qeyd olunub.
Xatırladaq ki, aprelin 24-də ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”un bloklanması ilə bağlı qanun imzalayıb. Qanuna əsasən, şirkətin bu xidməti ABŞ şirkətinə satması üçün doqquz ayı var. Öz növbəsində “TikTok” məcburi satışın mümkün olmadığını bildirib.