BİZNES

07 May

Denisa Sakova: “Slovakiya şirkətləri Azərbaycana sərmayə qoymaqda maraqlıdırlar”

“Azərbaycan ilə Slovakiya arasında kifayət qədər dərin ticarət əlaqələri inkişaf edib”.

Fins.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən Azərbaycan-Slovakiya Biznes Forumunda Slovakiya Baş nazirinin müavini, iqtisadiyyat naziri Denisa Sakova deyib. O əlavə edib ki, ölkələrimiz arasında imzalanan sazişlər şirkətlərimizin bazara çıxışını asanlaşdıracaq.

D.Sakova onu da vurğulayıb ki, Slovakiyada Azərbaycan ilə əməkdaşlığa maraq artır: “Bu gün bu forumda 40-a yaxın şirkət iştirak edir. Onların məqsədi qarşılıqlı əməkdaşlığı genişləndirməkdir. Slovakiya şirkətləri Azərbaycana sərmayə qoymaqda maraqlıdırlar”.