Bu ilin yanvar-mart aylarında Azərbaycanın Cənubi Koreya ilə ticarət dövriyyəsinin ümumi həcmi 17,4 faiz və ya 13,2 milyon ABŞ dolları artaraq 89,2 milyon dolları üstələyib.
Fins.az Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk rübündə Azərbaycandan Cənubi Koreyaya 104,5 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2023-cü ilin göstəricisindən 43,8 faiz və ya 31,8 min dollar çoxdur.
Cənubi Koreyadan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 17,4 faiz və ya 13,19 milyon dollar artaraq 89,1 milyon dollar təşkil edib.
2024-cü ilin yanvar-mart aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Cənubi Koreya ilə ticarətin payı 0,92 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 0,28 faiz bəndi çoxdur.