İkitərəfli əlaqələrin genişləndirilməsi, tədbirlər çərçivəsində potensial əməkdaşlıq müzakirə olunub.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun Səudiyyə Ərəbistanına işgüzar səfəri çərçivəsində Agentliyin nümayəndələri Ər-Riyad şəhərində bir sıra qurumlarla görüşlər keçirib.
Fins.az xəbər verir ki, görüşdə tərəflər arasında birgə tədbirlərin təşkili və şirkətlər arasında əlaqələrin qurulmasına dair müzakirələr aparılıb, o cümlədən cari ilin may ayında İordaniya Haşimilər Krallığında keçirilməsi planlaşdırılan “Rəqəmsal iqtisadiyyat” və noyabrda Azərbaycanda baş tutması nəzərdə tutulan “Dayanıqlı kənd təsərrüfatı” tədbirləri barədə fikir mübadiləsi aparılıb.
AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev COP-29 çərçivəsində keçirilməsi planlaşdırılan Azərbaycanın ilk investisiya forumu haqqında məlumat verib, sözügedən platformanın ikitərəfli dayanıqlı tərəfdaşlıq baxımından önəmi vurğulanıb.
AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev ölkəmizin investisiya potensialı, o cümlədən xüsusi iqtisadi zonalar, tətbiq olunan güzəşt və imtiyazlar barədə məlumatı diqqətə çatdırıb.
Qrup tərəfindən ölkəmizə investisiya yatırılmasına maraq göstərilib.
Fuad Mədətov
Fins.az