BİZNES

29 Aprel

\"Zəfəroğlu İnşaat\"ın rəhbəri Zəfər Məmmədov Qırğızıstan Respublikasının mükafatına layiq görülüb

Azərbaycanlı iş adamı, “Zəfəroğlu İnşaat” şirkətinin rəhbəri Zəfər Məmmədovu Qırğızıstan Respublikasının Fəxri Fərmanıyla təltif edilib.

Fins.az xəbər verir ki, Z.Məmmədova Fəxri Fərmanı Qırğıstan Respubliksının Nazirlər Kabinetinin sədr müavini Bakıt Torobayev şəxsən təqdim edib.

“Qırğızıstan Respublikasının Konstitusiyasının 18-ci bəndinə əsasən Qırğızıstan Nazirlər Kabinetinin adından Azərbaycanın “Zəfəroğlu İnşaat” şirkətinin rəhbəri Zəfər Məmmədovu "Fəxri Fərman"la təltif edirik.

“Zəfəroğlu İnşaat”ın rəhbəriylə birgə görüş keçirilib və görüş zamanı Zəfər Məmmədova Qırğızıstan-Azərbaycan arasında qarşılıqlı ticarət əlaqələrin qurulmasında verdiyi dəstəyə görə təşəkkür edirik.

Bundan sonra da həm kənd təsərrüfatı, həm də istehsalat sahəsində aktiv fəaliyyət göstərəcəyik”, - Qırğıstan Respubliksının Nazirlər Kabinetinin sədr müavini Bakıt Torobayev deyib.

Fuad Mədətov
Fins.az