BİZNES

27 Aprel

"Microsoft" və "Alphabet"-ə süni intellekt dəstəyi

"Microsoft Corp." və "Google"-nin ana şirkəti "Alphabet Inc." ilk rüb balans hesabatları ilə investorlara süni intellekt və bulud sərmayələrininin nəticə verdiyi mesajını verdi.

Fins.az xəbər verir ki, iki şirkət tərəfindən açıqlanan maliyyə hesabatları, qismən süni intellekt xidmətlərindən istifadənin artması ilə dəstəklənən bulud gəlirlərindəki artım sayəsində "Wall Street" proqnozları ilə müqayisədə optimist mənzərə yaratdı. Martın 31-də başa çatan üç ayda "Microsoft"-un gəlirləri 17% artaraq 61.9 milyard dollara çatıb, səhm üzrə mənfəəti isə 2.94$ olub.

"Google"-un ana şirkəti eyni dövrdə analitiklərin orta hesabla 66.1 milyard dollarlıq satış gəliri ilə (67.6 milyard dollarlıq tərəfdaş ödənişləri istisna olmaqla) ehtimallarını üstələyib. Cümə axşamı birjalar ticarətə bağlandıqdan sonra "Alphabet" səhmləri 17% qədər, "Microsoft" isə 6.3% bahalaşıb.

Texnologiya nəhəngləri süni intellekt sahəsində dominantlıq uğrunda gərgin mübarizə aparır və "Microsoft" "Google"-un internet axtarışlarında  iyirmi illik hegemoniyasına son qoymaq üçün "OpenAI" ilə güclərini birləşdirdi.