BİZNES

25 Aprel

Maliyyə və mühasibatlıq sahəsində “Sadələşmiş” paket - BERC GROUP

BERC Şirkətlər Qrupu maliyyə və mühasibatlıq sahəsində “Sadələşmiş” paketini təqdim edir.

Fins.az xəbər verir ki, “Sadələşmiş” paketinə vergi uçotu, kadr uçotu, gömrük əməliyyatları, bank əməliyyatları və başqa bu kimi amillər daxildir.

Vergi uçotu

  • Onlayn kargüzarlıq sisteminə və şəxsi hesab vərəqəsinə gündəlik nəzarət edilməsi
  • Mükəlləfiyyət üzrə aylıq, rüblük, yarımillik və illik statistika hesabatlarının təqdim edilməsi
  • E-qaimə faktura və ya alış aktı tərtibi, həmçinin tələb əsasında müvafiq alış və ya satış əməliyyatları üzrə alt sənədlərin tərtibatı.
  • Obyektin qeydiyyata qoyulması və ya qeydiyyatdan çıxarılması
  • Alğı-satqı və ya borc müqavilələrinin tərtibi
  • Borc müqavilələri üzrə uçotun aparılması
  • İşçilərə əmək haqqı kartlarının sifarişi
  • Anbar uçotu üzrə əməliyyatların aparılması
  • Kalkulyasiyaya əsasən istehsal edilmiş malların maya dəyərinin təyin edilməsi
  • Müştərilərdən daxil olan sorğuların cavablandırılması və ya müvafiq konsultasiyaların verilməsi
  • Vergi orqanı ilə yazışmaların aparılması və ya uyğunsuzluğun yarandığı bəyannamə üzrə dəqiqləşdirilmiş hesabatın təqdim edilməsi
  • İşçilərlə bağlı tərtib edilmiş müvafiq cədvələ əsasən rüblük Vahid muzdlu bəyannamənin təqdim edilməsi
  • Rüblük Sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilməsi
  • Debitor, kreditor və avansla bağlı uçotun aparılması
  • Xammalların istehsaldaxili yerdəyişməsi ilə əlaqədar sənədləşmələrin aparılması
  • Kassa uçotunun aparılması
  • NKA-nın və Posterminalın qeydiyyatı üzrə əməliyyatlar
  • Müştərilərin kredit müraciətlərinə əsasən müvafiq bank tərəfindən tələb edilən sənədlərin hazırlanması
  • Hüquqi şəxsin məlumat dəyişikliyi üzrə əməliyyatlar
  • Rüblük Ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin təqdim edilməsi
  • Gəlir və xərc üzrə uçotun aparılması

Kadr uçotu  

  • İşçilərin qeydiyyatı üzrə ərizə, əmr, əmək müqavilələrinin tərtibi, elektron qeydiyyata alınması (ştat vahidi, vakansiya və əmək bildirişinin əldə olunmasınadək olan əməliyyatlar) və müvafiq Hesablama ödəmə cədvəlinə işlənilməsi
  • İşçilərlə bağlanmış əmək müqavilələrinə xitam üzrə sənədləşmələrin tərtibatı, son-haqq hesabın hesablanması və Hesablama ödəmə cədvəlinə işlənilməsi
  • İşçilərə müvafiq iş illəri ilə əlaqədar məzuniyyətin hesablanması və məzuniyyət üzrə sənədləşmələrin (ərizə, əmr) aparılması ilə nəticələnən əməliyyatın Hesablama ödəmə cədvəlinə işlənilməsi
  • İstehsalatda bədbəxt hadisələrdən sığorta üzrə müraciətlərin tərtibi və ya avtomatik əlavələrin imzalanması
  • Müavinətlərlə bağlı müraciətlərin edilməsi

Gömrük əməliyyatları    

  • Daxil olan Yük gömrük bəyannamələri üzrə malların maya dəyərinin hesablanması
  • İdxal sənədləri əsasında avans kodunun alınması
  • Daxil olan Yük gömrük bəyannamələrinin müvafiq xarici köçürmələr üzrə banka təhvil verilməsi

Bank əməliyyatları    

  • Bank hesablarının açılması, bank əməliyyatlarının aparılması
  • Xarici ödənişlər üzrə konvertasiya, ödəniş tapşırığının internet bankçlıq üzərində tərtibatı və swiftin alınması
  • Ölkədaxili ödənişlərin edilməsi ( Büdcə, kontragentlər üzrə )

BERC Şirkətlər Qrupu özəl və dövlət sektorunda çalışmış, akademik və praktik sahə üzrə təcrübəli mütəxəssislərin iştirakı ilə 2017-ci ildə qurulub. Şirkət davamlı olaraq daha yaxşı nəticələr əldə etmək, habelə müxtəlif yanaşmalarla çevik həllər tapmaq üçün üzərinə düşəni etməkdədir.

Şirkət sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərin biznes fəaliyyətlərinin həyata keçirilməsində effektivliyin artırılmasına yönələn məsləhətlərin verilməsi məqsədi ilə yaradılıb və maliyyə, audit, logistika, hüquq, ticarət, IT, təlim və Rəqəmsal marketinq sahəsində öz xidmətlərini təqdim etməkdədir.