BİZNES

19 Aprel

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yaradılmasının 8 ilini qeyd edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) fəaliyyətə başlamasının 8 illiyi münasibətilə Mərkəzdə görüş keçirilib.

Fins.az xəbər verir ki, İİTKM-in icraçı direktoru Vüsal Qasımlı 8 il ərzində Mərkəzin keçdiyi yola nəzər salaraq, qurumun əldə etdiyi nailiyyətlərdən danışıb. Bildirib ki, Mərkəz ötən 8 ildə iqtisadi islahatların dərinləşməsi prosesində xüsusi rol oynayıb və bu işə töhfə verməyə hazırda da davam edir.

V.Qasımlının sözlərinə görə, Mərkəz dövlət əhəmiyyətli bir sıra sənədlərin hazırlanmasında yaxından iştirak etməklə yanaşı, dövlət proqramları, strategiya və yol xəritələrinin icrasının monitorinq və qiymətləndirilməsini uğurla həyata keçirməkdədir. Bunun nəticəsidir ki, hazırda Mərkəz ölkəmizdə təkmil monitorinq və qiymətləndirmə institutu, həmçinin analitik aparat formalaşdıra bilib.

V.Qasımlı Mərkəzin mütəmadi şəkildə innovativ təşəbbüslərlə çıxış etdiyini və bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcəyini vurğulayıb.

Fuad Mədətov
Fins.az