İqlim dəyişikliyi səbəbindən dünya iqtisadiyyatının gəlirləri 2050-ci ilədək 19 faiz azala bilər.
Fins.az bu barədə Potsdam İqlim Təsirlərini Araşdırma İnstitutuna istinadən xəbər verir.
"Dünyada mövcud olan iqlim dəyişiklikləri səbəbindən artıq 2050-cı ilədək dünya iqtisadiyyatında gəlirlər 19 faiz azalacaq. Hər il gəlirlər 20-30 trilyon ABŞ dollarından çox azala bilər", - deyə institutun beynəlxalq nüfuzlu "Nature" jurnalında dərc olunan yeni tədqiqatında deyilir.
Tədqiqat müəlliflərinin fikrincə, dünyanın 1600-dən çox regionundan əldə edilən empirik məlumatlara əsasən, bu cür proqnozlaşdırılan iqtisadi zərər qlobal istiləşməni 2 dərəcə azaltmaq məqsədilə lazım olan iqlim dəyişikliklərinin nəticələrinin azaldılması üçün xərclərdən 6 dəfə çoxdur.
"Dünyanın əksər regionlarında, o cümlədən, Şimali Amerika və Avropada gəlirlərin kəskin azalacağı proqnozlaşdırılır. Dünya iqtisadiyyatının gəlirlərinin azalması iqlim dəyişikliklərinin iqtisadi artımla əlaqəli müxtəlif aspektlərə, o cümlədən, kənd təsərrüfatında məhsuldarlıq, əmək məhsuldarlığı və ya infrastrukturun fəaliyyətinə təsiri ilə əlaqədardır", - tədqiqatın müəlliflərindən biri olan Maksimilian Kots belə hesab edir.
O, qlobal iqtisadiyyatın inkişafı üçün iqtisadi zərərləri minimallaşdırmaq məqsədilə dünya ölkələrini atmosferə istixana qazları tullantılarının azaldılması üzrə təcili tədbirlər görməyə çağırıb.
©Trend