BİZNES

16 Aprel

Dövlətin strategiyası 3 əsas istiqamət üzərində qurulub - Rəşad Nəbiyev

Dövlətin strategiyası 3 əsas istiqamət üzərində qurulub ki, bunlara da elektron hökumətin təkmilləşdirilməsi, datanın bizneslər üçün əlçatan olması daxildir.

Fins.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu gün Bakıda keçirilən "Azərbaycan Insurtech Zirvəsi"ndə deyib.

Onun sözlərinə görə, rəqəmsal cəmiyyətin formalaşdırılması da əsas istiqamətlərdəndir:

“Bu istiqamətdə dövlət-biznes, cəmiyyət-biznes arasındakı əlaqələrin daha uğurlu tənzimlənməsinə imkan verəcək".

Fuad Mədətov
Fins.az