BİZNES

15 Aprel

Rusiyada sərinləşdirici içkilərin istehsalı azalıb

Yanvar-fevral aylarında Rusiyada sərinləşdirici içkilərin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə üç faiz azalıb.

Fins.az xəbər verir ki, bu barədə “Vedomosti” Rosstat-a istinadən məlumat yayıb.

Son beş ildə ölkədə bu növ məhsulun istehsalı durmadan artır - 2019-cu ildəki 76,3 milyon dekalitrdən 2023-cü ildə 115,3 milyon dekalitrədək. NielsenIQ-a görə, həm istehsal, həm də satış 2024-cü ilin əvvəlindən (mənfi 1,1 faiz) aşağı düşür.

Günel Məlikzadə
Fins.az