Azərbaycanın böyük arıçılıq təsərrüfatlarından biri olan “Apiaz” MMC Yaponiya, Malayziya, Sinqapur və Cənubi Koreyaya arıçılıq məhsullarının ixracı üçün işlərə başlayacaq.
Bunu “Apiaz” MMC-nin direktoru, Azərbaycan Arıçılar Assosiasiyasının sədr müavini Rəşad Rəşidov deyib.
Şirkət direktorunun sözlərinə görə, bu ölkələr əsas hədəf bazarlardır. “Apiaz” bu il məhsulvermə dövrü bitdikdən sonra – payız aylarında sadalanan ölkələrə test nümunələri göndərməyi planlaşdırır.
Hazırda şirkət məhsullarını ərəb ölkələrinə ixrac edir. “Apiaz” ərəb ölkələrinin yüksək potensiallı bazar olduğunu nəzərə alaraq, orada məhsullarının daha çox tanıdılması üçün işlər aparır. Bu məqsədlə MMC may ayında Səudiyyə Ərəbistanında keçiriləcək qida sərgisində iştirak edəcək.