BİZNES

14 Aprel

Bu il “ƏDV geri al” layihəsi çərçivəsində 43,8 milyon manat qaytarılıb

Ölkədə “ƏDV geri al” layihəsi uğurla tətbiq edilir. 2024-cü ilin yanvar – mart ayları ərzində fiziki şəxs olan istehlakçılar tərəfindən pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara və göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin 43,8 milyon manatı geri qaytarılıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Fins.az-a verilən məlumata görə  xəbər verir ki, bu günədək alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün edvgerial.az portalında 2,7 milyondan çox istifadəçi qeydə alınıb. Layihənin tətbiq edildiyi vaxtdan 2024-cü ilin 1 aprel  tarixinədək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 1,5 milyarddan çox kassa çeki üzrə 559,5 milyon manat ƏDV məbləği geri qaytarılıb.

 “ƏDV geri al” layihəsinin reallaşdırılması nəticəsində pərakəndə ticarət, ictimai iaşə və tibb xidmətləri sahələrində nağdsız ödəmələrin xüsusi çəkisi əhəmiyyətli şəkildə yüksəlib.

Fuad Mədətov
Fins.az