Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS ASTM D1998:2024 “Polietilen şaquli saxlama çənləri üçün standart texniki şərtlər” dövlət standartı qəbul edilib.
Yeni dövlət standartı ölkədə standartlaşdırmanın beynəlxalq standartlaşdırma sisteminə uyğunlaşdırılması, habelə respublika ərazisində istehsal olunan fırlanmaqla qəlibləmə üsulu ilə dayaz konstruksiyada qəliblənmiş düz dibli, şaquli, silindrik çənlərin keyfiyyətinin təmin edilməsi məqsədilə təqdim edilib.
Bu standart tutumu 1900 L-dən (500 gal-dan) başlayan yerüstü, şaquli quraşdırma üçün polietilenlə qəliblənən, maddələrin saxlanılması üçün istifadə olunan çənlərin materialları, xassələri, layihəsi, konstruksiyası, ölçüləri, dözümlülüyü, işlənmə və xarici görünüşünə dair tələbləri ehtiva edir.