Bu ilin yanvar-fevral aylarında Azərbaycan efir yağları və rezinoidlər, ətriyyat, kosmetik və tualet vasitələrinin ixracını artırıb. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, cari ilin ilk iki ayında Azərbaycan 1 557.28 min ABŞ dolları dəyərində məhsul ixrac edib. Ötən iin müvafiq dövründə isə bu göstərici 1 369.92 min ABŞ dolları olub.
Qeyd edilən müddətdə Azərbaycan efir yağları və rezinoidlər, ətriyyat, kosmetik və tualet vasitələrinin idxalını da artırıb. Keçən ilin yanvar-fevral aylarında Azərbaycan 33 538.42 min ABŞ dolları dəyərində məhsul idxal etsə də, bu ilin hesabat dövründə idxal edilən məhsulların dəyəri 35 487.12 min dollara çatıb.