“Abacus Audit And Consulting” Məhdud Məsuliyyətli Cəmiyyəti audit xidmətlərini təklif edir.
Fins.az-ın məlumatına görə, şirkət açıqlamasında bildirib ki, audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit aktivlərin, öhdəliklərin, xüsusi vəsaitlərin və maliyyə nəticələrinin düzgün, bütöv və dəqiq əks etdirilməsini müəyyənləşdirmək məqsədi ilə qüvvədə olan qanunvericiliyə uyğun surətdə iqtisadi subyektlərin tərtib etdikləri illik maliyyə hesabatlarının müstəqil yoxlanmasını nəzərdə tutur. Auditin əsasını dövlətin, müəssisənin müdriyyətinin və onun sahiblərinin (əmanətçilərin, səhmdarların) qarşılıqlı marağı təşkil edir.
“Abacus Audit And Consulting” Məhdud Məsuliyyətli Cəmiyyəti olaraq yüksək beynəlxalq hədəfləri olan şirkətlərin biznes inkişafına yardım göstəririk. Onlara müəyyən risklərin qarşısının alınmasında, gündəlik şirkətdaxili audit yoxlanışlarında köməklik edirik. Biz audit olunan şirkətin maliyyə hesabatlarının düzgünlüyünü yoxlamaqla bərabər, şirkətin maliyyə vəziyyətini, hesabat nəticələrini və pul vəsaitlərini bütün əhəmiyyətli aspektlər baxımından nəzərdən keçirir, hesabatların dolğun və dəqiq əks etdirilməsinə zəmin yaradırıq.
Şirkətin audit xidmətlərini təklif edirik:
1. İllik maliyyə (mühasibat) hesabatlarının auditi:
Azərbaycanın milli mühasibat uçotu standartlarına uyğun maliyyə (mühasibat) auditi;
Beynəlxalq maliyyə uçot standartlarına uyğun maliyyə hesabatının auditi;
Maliyyə hesabatlarının tərtib edilməsi və nəzərdən keçirilməsi;
Maliyyə təsərrüfat əməliyyatlarının vergi qanunvericiliyinə uyğunluğunun yoxlanılması.
2. Xüsusi təyinatlı hesabatlar və tapşırıqlar üzrə rəy:
Nizamnamə kapitalının formalaşdırılmasının təsdiqi;
Emisssiya paketi üzrə rəy;
Vergi bəyannamələri üzrə rəy;
Dövlət satınalmalarında iştirak edən müəssisələrlə bağlanan müqavilələr üzrə rəy;
Aidiyyatı olan şəxslərlə bağlanan müqavilələr üzrə rəy;
Daxili nəzarət sisteminin qiymətləndirilməsi;
İnformasiya sistemləri və nəzarət sisteminin təftişi;
Xüsusi təyinatlı hesabatlar və tapşırıqlar üzrə rəy.
3. Əmlak və digər mülkiyyət obyektlərinin qiymətləndirilməsinin düzgünlüyünün təsdiqi:
Maddi aktivlərin qiymətləndirilməsi üzrə;
İntellektual mülkiyyət obyektlərinin və “know-how”-ların qiymətləndirilməsi üzrə.
Fuad Mədətov
Fins.az