BİZNES

01 Aprel

Yaşayış təyinatlı daşınmaz əmlakın qiymətləndirilməsi - AB Consulting

“AB Consulting” MMC “Yaşayış təyinatlı daşınmaz əmlakın qiymətləndirilməsi” xidmətini təklif edir.

Fins.az-ın məlumatına görə, şirkət açıqlamasında bildirib ki, qiymətləndirmə fəaliyyətində ən çox tələb olunan qiymətləndirmə istiqaməti əmlak bazarının böyük həcmini təşkil edən yaşayış təyinatlı daşınmaz əmlaklardır. Yaşayış təyinatlı əmlak dedikdə, çoxmənzilli binlarda mənzillər, fərdi yaşayış evləri, iri həcmli mülklər (villalar), bağ evləri nəzərdə tutulur.

Yaşayış təyinatlı daşınmaz əmlakların qiymətləndirilməsi müxtəlif səbəblər, xüsusilə aşağıdakı hallar üçün tələb edilir.

- Alqı-satqı (xüsiilə də dövlət ipoteka kreditləşməsi üzrə) zamanı;

- Əmlakın girov predmeti olaraq qiymətləndirilməsi;

- Əmlakın bölünməsi;

- Mənzilin nizamnamə kapitalına daxil edilməsi;

- Əmlakın vergiyə cəlbtemə məqsədi ilə qiymətləndirilməsi;

- Mənzilin sığortalanması;

- Mənzilin miras kimi dəyərinin qiymətləndirilməsi;

- Əmlakın məhkəmə mübahisələri zamanı qiymətləndirilməsi.

Fuad Mədətov
Fins.az