BİZNES

27 Mart

BSC Consulting-in Gəncədə “Əmək Qanunvericiliyi” təlimi başa çatıb

Gəncədə 3 aydır davam edən “Əmək Qanunvericiliyi” təlimi uğurla başa çatdı. Əmək qanunvericiliyi sahəsində çalışanların biliklərini təkmilləşdirmək, eyni zamanda hər bir öz əmək hüququnu bilmək istəyənlər üçün təşkil olunmuş təlimdə təlimin proqramı təkmilləşdirilərək iştirakçılar üçün asan qavranılan və praktik olaraq əlverişli şəkildə tədris olundu. 

Fins.az xəbər verir ki, təlimin məqsədi əmək qanunvericiliyi çərçivəsində insan resursları əməliyyatlarının aparılması, işçi və işəgötürən arasında əmək münasibətlərinin tənzimlənməsinə dair iştirakçılara yardımçı olmaq idi. Təlimin gedişatı ərzində iştirakçılara əmək qanunvericiliyinin əhatə etdiyi bütün sahələr haqqında ətraflı məlumatlar verildi. 

Təlimi uğurla bitirən iştirakçılar sertifikatla təmin olundular. 

Siz də BSC Consulting tərəfindən keçirilən “Əmək məcəlləsi” təliminə qoşulun, hər bir şirkətin ehtiyac duyduğu vəzifələrdən birinə sahib olun!
BSC Consulting 25 ildən çoxdur ki, peşəkar komandası ilə birgə bilik və xidmətlərini müştərilərinə təqdim edir. Maliyyə və mühasibatlıq, hüquq və insan resursları xidmətləri ilə bu günə qədər 100-lərlə şirkətin uğurlarında töhfəsi olmuşdur. 

Günel Məlikzadə
Fins.az