Azərbaycanda həyata keçirilən idxal əməliyyatlarının xüsusi çəkisində özəl sektorun və fiziki şəxslərin payı artıb. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, bu ilin yanvar-fevral aylarında 2 446 637.68 min ABŞ dollar dəyərində idxal əməliyyatları həyata keçirilib. Bu əməliyyatların 12.61 faizi (308 432.56 min dollar) dövlət sektorunun, 75.55 faizi (1 848 618.44 min dollar) özəl sektorun payına düşüb. Hesabat dövründə idxalın 11.84 faizi (289 586.68 min dollar) fiziki şəxslər tərəfindən həyata keçirilib.
Ötən ilin yanvar-fevral aylarında 2 650 985.23 min ABŞ dolları dəyərində idxal əməliyyatları həyata keçirilib. İdxal əməliyyatlarının 27.49 faizi (728 714.00 min dollar) dövlət sektorunun, 62.22 faizi (1 649 601.40 min dollar) özəl sektor tərəfindən aparılıb. İdxal əməliyyatlarının 10.29 faizini (272 669.83 min dollar) fiziki şəxslər ediblər.