BİZNES

19 Mart

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 5,3 faiz artıb

2024-cü ilin yanvar-fevral aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə, real ifadədə 5,3 faiz artaraq, 1 milyard 865,2 milyon manat olub.

Bu barədə Fins.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 1410,4 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,6 faizini təşkil edib.

2024-cü ilin yanvar-fevral aylarında hər bir ölkə sakini orta hesabla 183,2 manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə, nominal ifadədə 12,9 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

2024-cü ilin fevral ayında istehlak qiymətləri indeksi yanvar ayı ilə müqayisədə, 100,6 faiz, 2024-cü ilin yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 101,3 faiz təşkil edib.

Fuad Mədətov
Fins.az