BİZNES

19 Mart

ABADA milli daşıyıcıların payının artırılmasına çalışır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Transit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Katibliyi və Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) arasında növbəti görüş keçirilib.

Fins.az xəbər verir ki, nazirliyin inzibati binasında baş tutan görüşdə məqsəd beynəlxalq avtomobil daşımaları bazarında milli daşıyıcıların payının artırılması, göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması məsələlərinin müzakirəsi olub. Həmçinin daşıyıcıların və sürücülərin rəqabət qabiliyyətliyinin yüksəldilməsi, avtomobil nəqliyyatı ilə daşımalar sahəsində sahibkarlığın stimullaşdırılması, daşıyıcılar arasında azad rəqabətin təmin olunması, daşıyıcıların və nəqliyyat ekspeditor şirkətlərinin peşəkarlıq səviyyəsinin artırılması kimi aktual problemlər ətrafında fikir mübadiləsi aparılıb.

Fuad Mədətov
Fins.az