BİZNES

18 Mart

İRU Gömrük məsələləri üzrə Komitəsinin növbəti iclası

Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (İRU) Gömrük məsələləri üzrə Komitəsinin növbəti iclası keçirilib.

Fins.az xəbər verir ki, iclasda BYD kitabçasının rəqəmsallaşdırılması, “T” təminat sənədinin rəsmiləşdirilməsi layihəsi, e-CMR sənədinin tətbiq olunması, BYD kitabçalarının qaytarılmasının vəziyyəti, Avrasiya iqtisadi regionunda naviqasiya plomblarının tətbiq olunması, Şimali Makedoniya Respublikasında BYD kitabçası verən milli Birliyin yaradılması, BYD kitabçasının bazarlarda müdafiəsi və inkişafı üçün layihələrin təqdimatı və digər aktual məsələlər müzakirə edilib.

İclasda ABADA-nın Baş katibi Kənan Qurbanov iştirak edib.

Fuad Mədətov
Fins.az