BİZNES

15 Mart

Ölkədə süd və yumurta istehsalı artıb

2024-cü ilin yanvar-fevral aylarında 324,5 min ton süd, 367,8 milyon ədəd yumurta istehsal edilib.

Fins.az bu barədə Dövlət Statistika Komitəsinin cari ilin yanvar-fevral ayları üzrə hesabatına istinadən xəbər verir.

Məlumata görə, 2023-cü ilin müvafiq dövrünə nisbətən süd istehsalı 0,7 faiz, yumurta istehsalı 3,4 faiz artıb.

Fuad Mədətov
Fins.az